Nida.az
Elmar Məmmədyarov: “Ermənistanın əsl məqsədi təcavüzə əsaslanan “status-kvo”nu davam etdirməkdir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT
Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Yunanıstanın
xarici işlər naziri Nikolaos Kotziasla görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin, xüsusilə
enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə
olunub.
E. Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla
davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və
regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və
inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini
dəyişəcəyini vurğulayıb.
N. Kotzias isə Azərbaycan və Yunanıstan arasında əməkdaşlığın
inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların
mövcudluğunu qeyd edib. Rəsmi səfərlərin və hökumətlərarası
komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi
məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək
niyyətində olduğunu bildirib.
Görüşdə həmçinin, E. Məmmədyarov Ermənistan-Azərbaycan
münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə
bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri
vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi
boyunca vəziyyəti gərginləşdirməsi, atəşkəs rejimini intensiv
şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin
danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan
mövcud “status-kvo”nu davam etdirmək olduğunu vurğulayıb.
Sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Asif
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO