“Qarabağda yeni müharibə qaçılmaz olacaq” – Rusiyanın yandırdığı alov
Bizi izləyin

Nida.az

“Qarabağda yeni müharibə qaçılmaz olacaq” – Rusiyanın yandırdığı alov

“ABŞ-la Rusiyanın soyuq savaşı Cənubi Qafqaza təsir edəcək və bunun əsas istinad nöqtəsi Ermənistan və bu ölkənin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ vilayəti olacaq”.


Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetində yayımlanan Ermənistan prezidenti Serj Sarkisyanın “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatının şərh olunduğu məqalədə deyilir.


Qəzet hesab edir ki, Sarkisyanın bu bəyanatı tamamilə Rusiya tərəfindən hazırlanıb: “Moskva bununla Azərbaycan və dünyaya mesaj verir. Bakıya verilən mesaj belədir: ABŞ-a çox yaxınlaşsan, Dağlıq Qarabağa vida et. ABŞ-a verilən mesaj isə belədir: maraqlarım olduğu bölgələrə Ukraynaya müdaxilə etdiyin kimi müdaxilə etsən, iqtisadi sanksiyaları davam etdirsən, kapital yatırdığın enerji xətlərinin keçdiyi bölgələrdə, xüsusilə Xəzər hövzəsində problemlər yarada bilərəm. Lazım olsa, müharibəni yenidən alovlandıraram. Bəli, Rusiya öz alovunu söndürmək üçün digər alovlar yandırır”.


Məqalədə bildirilir ki, Rusiyanın qarşısı alınmazsa, Ukraynada olduğu kimi, bu dəfə Cənubi Qafqazda yeni müharibə qaçılmaz olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm