Namizədliyi qeydə alınanların sayı 317-yə çatdı
Bizi izləyin

Nida.az

Namizədliyi qeydə alınanların sayı 317-yə çatdı

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 1560 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Publika.az-ın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlardan 560 nəfəri siyasi partiya, 60 nəfəri siyasi blok, 3 nəfəri təşəbbüs qrupu, 937 nəfəri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onların 1352 nəfərinə imza vərəqələri verilib.

İclasda həmçinin bildirilib ki, 317 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Bundan əlavə, MSK-da 108 nəfər müşahidəçi akreditasiyadan keçib. Onlardan 97-si fərdi qaydada, 10 nəfər QHT tərəfindən müraciət edib, 1 nəfər isə xüsusi icazə almış müşahidəçidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm