27 ilin cəbhəçisi də Əli Kərimlini tərk etdi: “Partiyada demokratiya yoxdur”
Bizi izləyin

Nida.az

27 ilin cəbhəçisi də Əli Kərimlini tərk etdi: “Partiyada demokratiya yoxdur”

“Əli Kərimli qrupunun təzyiqləri nəticəsində Sahib Kərimli qurultayda namizədliyini geri götürdü”.


Publika.az xəbər verir ki, bu barədə 27 ildir AXCP-nin Naxçıvan şöbəsinin fəal üzvü olan Mehdiyev Həkimeldostu deyib.


O, partiya daxilində baş verənlərə etiraz edərək bu gündən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə keçdiyini bəyan edib: “1988-ci ildən bu günə kimi AXCP-nin üzvüyəm. Şərur rayon İdarə Heyətinin, AXCP-nin yaratdığı könüllülərdən ibarət regional qərargahın üzvü, dayaq dəstəsinin sədri olmuşam. 2005-ci ildə “Azadlıq” blokunun Naxçıvan Ali Məclisinə vahid namizədi olmuşam. “Yeni Müsavat” qəzetinin bölgə müxbiri kimi çalışmışam.

Partiyaya müəyyən töhfələrim olub, həyatımın böyük hissəsini partiya yolunda həsr etmişəm. Lakin partiya rəhbərliyinin yürütdüyü yarıtmaz siyasət nəticəsində bütün bu əziyyətlər nəticəsiz qaldı. Çox sözlər verilsə də, partiya rəhbərliyi Əbülfəz Elçibəydən sonra hakimiyyətə gəlmək üçün səy göstərmədi. Bütün bunlar bizi bezdirir. Dünənki qurultayda sədr seçimi bir daha göstərdi ki, partiyada demokratiya yoxdur. Əli Kərimlinin ətrafının təzyiqi nəticəsində Sahib Kərimli də namizədliyini geri götürdü və səsvermə açıq keçirildi. Bəyan edirəm ki, bu gündən Razi Nurullayevi dəstəkləyirəm və fəaliyyətimi AXCP EQTK sıralarında davam etdirəcəyəm”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm