Qarabağda “ölüm savaşı”, yaxud Sarkisyan üçün “rus ruletkası”
Bizi izləyin

Nida.az

Qarabağda “ölüm savaşı”, yaxud Sarkisyan üçün “rus ruletkası”

Ermənistan prezidenti Serj Sarkisyanın “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatı ilə Azərbaycan torpaqlarının işğal edildiyi faktını təsdiqləməsi bu ölkənin yerli KİV-də də ciddi müzakirələrə yer açıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası bunu “Sarkisyan üçün rus ruletkası” adlandırır.

Qeyd edək ki, “rus ruletkası” Rusiya tarixinə “ölüm yarışı” deyə düşüb. Son dövlət Dağlıq Qarabağ ətrafında yaranan vəziyyət də Sarkisyan üçün məhz “ölüm yarışı” olaraq dəyərləndirilir.

Misal üçün, Ermənistanın “1in” saytı yazır: “İctimai şüuraltında Rusiyanın Ermənistanın təhlükəsizliyinin zamini olması haqda fikirlər artıq sona çatıb. Rusiya artıq bizim strateji müttəfiqimiz deyil, İran, ABŞ və Avropa kimi münasibətlərimizin olduğu ölkəyə çevrilib. Halbuki Sarkisyan hakimiyyəti bunu qəbul etmək istəmir. Anlamaq istəmir ki, Qarabağ Rusiyanın əlində Azərbaycanı qazanmaq üçün kartdır və İrəvan gec-tez “təslimçi sülhə” məcbur ediləcək”.

Sayt bunun Sarkisyan, ümumilikdə Ermənistan üçün “rus ruletkası” olduğunu yazıb: “Ölümlə qalım barmağın tətiyi çəkdiyi an qədər yaxındır”.

Daha bir erməni saytı “lragir.am” isə Qarabağda Sarkisyan üçün “ölüm savaşı”nın başlandığını qeyd edib.

“Proseslər Ermənistanın ziyanınadır. Lakin Sarkisyan bunları görmür, yaxud görmək istəmir. Görünən odur ki, Moskva Qarabağla bağlı öz qərarını verib və maraqlarının təmin edilməsi üçün tarixi müttəfiqi adlandırdığı Ermənistanı gözdən çıxara bilər. Sarkisyan isə başını itirib və nə edəcəyini bilmir. Bundan sonra nə olacağını proqnozlaşdırmaq da çətindir. Amma o dəqiqdir ki, Qarabağda Sarkisyan üçün “ölüm savaşı” başlayıb”, - deyə erməni saytı yazıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm