3 gün qaldı...
Bizi izləyin

Nida.az

3 gün qaldı...

Bu il noyabrın 1-nə təyin edilən Milli Məclisə seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-si saat 18.00-da başa çatacaq.

Bu barədə Publika.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Onun sözlərinə görə, namizədlərin qeydiyyatı üçün tələb olunan müvafiq sənədlər dairə komissiyalarında baxılandan sonra bir həftə ərzində cavab verilir. MSK rəsmisi deyib ki, bundan sonra isə deputat olmaq istəyən şəxslərin namizədlik sənədləri yoxlanılandan sonra müvafiq qərar qəbul olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm