Ermənilərin Qarabağda Azərbaycana qarşı “kürd kartı” – FOTO
Bizi izləyin

Nida.az

Ermənilərin Qarabağda Azərbaycana qarşı “kürd kartı” – FOTO

Azərbaycan ordusunun erməni hərbi birləşmələrinin mövqelərinə endirdiyi zərbələrdən qorxuya düşən İrəvan ümidini Ermənistandakı yezidi kürdlərə bağlayıb.

Publika.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Sincar yezidi milli birliyi” adlı təşkilat cəbhə xəttində ermənilərin təxribatlarına şiddətli cavab verən Azərbaycan ordusunun əməliyyatlarına etiraz bəyanatı yayıb.

Ermənistan KİV-də, həmçinin Türkiyədə nəşr olunan erməni qəzeti “Agos”da dərc olunan bəyanatda yezidi kürdləri Azərbaycanı terror törətməkdə ittiham edib.

Bəyanatda yezidilər Azərbaycanı hədələyib və beynəlxalq ictimaiyyətə müraciət edərək, “Azərbaycanı dayandırın, əks təqdirdə, bu ölkəyə qarşı hücum edəcəyik” deyə bildiriblər.

Yezidilər könüllü şəkildə Azərbaycana qarşı ermənilər tərəfindən döyüşəcəklərini də bəyan ediblər.

Bəyanatın İrəvanda hazırlandığı şübhəsizdir. Lakin diqqətçəkən məqam son dövrlər PKK-nın Türkiyəyə qarşı terror hücumları fonunda yezidi kürdlərin Azərbaycana qarşı təhdididir.

Türkiyəli yazar Səlcuq Düzgün məsələyə münasibət bildirərkən Azərbaycan və Türkiyənin eyni düşmənə sahib olduğuna diqqət çəkib: “Yüz il öncə də, yüz il sonra da düşmənimiz dəyişməyib və bizlər Anadoluda, Qafqazda var olduğumuz müddətdə də dəyişməyəcək. Bu gün Türkiyədə PKK-nın Azərbaycanın işğal edilmiş torpaqlarında olanların heç bir fərqi yoxdur”.

Qeyd edək ki, yezidilər kürdlərin müsəlman olmayan hissəsidir. Bu gün onların PKK-nın tərkibində döyüşdüyü təsdiq olunmuş faktdır. Həmçinin yezidilər vaxtilə Ermənistanın ASALA kimi terror təşkilatlarında da fəaliyyət göstərib. Dünyanın müxtəlif yerlərində yaşayan yezidilər Ermənistanda da az sayda var. 2011-ci ilin statistikasına görə, düşmən ölkə əhalisinin 1,2 faizi yezidilərdir. Onların əsas hissəsi Armavir və Araqatosn vilayətindəki 30 dağlıq və dağətəyi kənddə məskunlaşıblar. Onlar Qarabağ müharibəsində Azərbaycana qarşı da döyüşüblər. Bir müddət öncə Qarabağda döyüşən yezidi kürdlərin fotosu da yayılmışdı.

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, yezidilərin Azərbaycana qarşı olduğu məlumdur: “Onlar ASALA-nın tərkibində yer alıblar və bu gün PKK-nın sıralarında iştirak edirlər. Azərbaycanda da kürdlər var, lakin onlar müsəlmanlardır və yezidilərdən fərqlənir. Hətta 90-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızdan qovulan qaçqınların arasında minlərlə kürd də var idi”.

Politoloq hesab edir ki, hazırda Ermənistanın vəziyyəti olduqca çətindir: “Bu baxımdan, İrəvan rejimi yezidilərin adından belə bəyanat yaymaqla Azərbaycanı hədələyir. Sarkisyan bununla öz ölkəsində milli azlıqların da bir olduğu görüntüsü yaradır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm