Xaricdə yaşayan azərbaycanlı deputatlığa namizəd oldu – FOTO
Bizi izləyin

Nida.az

Xaricdə yaşayan azərbaycanlı deputatlığa namizəd oldu – FOTO

Xaricdə yaşayan azərbaycanlı Müslüm Məmmədov bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə növbəti seçkilərdə iştirak etmək üçün deputatlığa namizəd olub.

Publika.az-ın MSK-dan əldə etdiyi məlumata görə, M.Məmmədov namizədliyini müstəqil olaraq 57 saylı Kürdəmir seçki dairəsindən irəli sürüb. O, Brüsseldə fəaliyyət göstərən Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. Artıq Müslüm Məmmədovun namizədliyi də qeydə alınıb.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 57 saylı Kürdəmir seçki dairəsindən Nizami Qəribovun namizədliyini irəli sürüb. N.Qəribov Milli Məclisin həmin dairədən seçilmiş indiki deputatı Fərhad Qəribovun əmisi oğludur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm