Nida.az
Namizədliyi qeydə alınanların sayı 317-yə çatdı
Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 1560 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Publika.az-ın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Bunlardan 560 nəfəri siyasi partiya, 60 nəfəri siyasi blok, 3 nəfəri təşəbbüs qrupu, 937 nəfəri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onların 1352 imza vərəqələri verilib.
İclasda həmçinin bildirilib ki, 317 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Bundan əlavə, MSK-da 108 nəfər müşahidəçi akreditasiyadan keçib. Onlardan 97-si fərdi qaydada, 10 nəfər QHT tərəfindən müraciət edib, 1 nəfər isə xüsusi icazə almış müşahidəçidir.
Vasif Həsənli
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?