Məkkədə ölənlərin sayı 4 mini ötdü
Bizi izləyin

Nida.az

Məkkədə ölənlərin sayı 4 mini ötdü

Məkkədə Həcc mərasimində ölənlərin sayı ümumilikdə 4 min nəfəri ötüb.

Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Hazırda ölənlərin ümumi sayı 4173 nəfər təşkil edir.

Xatırladaq ki, sentyabrın 25-də Məkkədə Həcc mərasimində basırıq yaranmışdı. Ölənlərin əksəriyyəti Afrika ölkələri vətəndaşlarıdır. Basırıq zamanı 239 iranlı zəvvar da ölmüşdü.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il – yanğın nəticəsində 343 zəvvar ölüb, təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il – izdihamda 35 zəvvar ölüb.

2004-cü il – ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm