MSK namizədlərə xəbərdarlıq etdi
Bizi izləyin

Nida.az

MSK namizədlərə xəbərdarlıq etdi

“Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif iformasiyalar yayılır. Ona görə də deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar”.

Publika.az-ın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etməlidirlər. M.Pənahov deyib ki, bu cür məsələlərin həllini araşdırmaq bir qədər çətindir:

“Bəzi namizədlərin adından seçki məcəlləsini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqəli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm