427 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

427 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, seçkilərdə iştirak etmək üçün 1753 nəfər müraciət edib: “Onlardan 565 siyasi partiyalar, 62 “Azadlıq-2015”seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1645-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1553 nəfəri imza vərəqəsi alıb: “665 nəfər imza vərəqələrini qaytarıb”.

M.Pənahov deyib ki, seçkiləri izləyəcək 102 müşahidəçi qeydə alınıb, onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb:

“Seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib”.

Xatırladaq ki, bu il noyabın 1-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm