Həmsədrlər Nyu-Yorkda Sarkisyanla görüşüb
Bizi izləyin

Nida.az

Həmsədrlər Nyu-Yorkda Sarkisyanla görüşüb

Nyu Yorkda səfərdə olan Ermənistan Prezidenti Serj Sərkisyan burada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb.

Məlumata görə, görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını və təmas xəttindəki durumu müzakirə ediblər.

Görüş başa çatandan sonra Sərkisyan BMT-nin mənzil-qərargahına yollanıb. Burada o, təşkilatın Baş Məclisinin 70-ci toplantısında çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm