Nida.az
Rusiya imtina etdi: Orxan Zeynalov Azərbaycana verilməyəcək
Rusiya Ədliyyə Nazirliyi Yeqor Şerbakovun ölümünə görə məhkum edilən Orxan Zeynalovun Azərbaycana ekstradisiyası ilə bağlı yayılan informasiyanı təkzib edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyindən bildirilib.
Orxan Zeynalovun Azərbaycana ekstradisiyası ilə bağlı yayılan informasiya Azərbaycan KİV-də çıxıb. Məlumatda bildirilirdi ki, Zeynalovun cəzasının qalan hissəsini Azərbaycanda çəkməsi üçün onun vətənə ekstradisiyası planlaşdırılır.
“İndiyə qədər Rusiya Ədliyyə Nazirliyinə Orxan Zeynalovun Rusiyadan Azərbaycana göndərilməsinə dair müraciət daxil olmayıb. Bununla əlaqədar Rusiya Ədliyyə Nazirliyində bu məsələyə baxılmır”, - Ədliyyə Nazirliyinin mətbuat xidmətindən deyiblər.
Xatırladaq ki, Orxan Zeynalov Yeqor Şerbakovun qətlinə görə 17 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, Zeynalov sərxoş vəziyyətdə mənasız bir səbəb üzündən Şerbakov ilə mübahisə edib və dava zamanı onu öldürüb.
Ömər Dağlı
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu