Prezident İlham Əliyev Rusiya-Azərbaycan Forumuna məktub ünvanlayıb - FOTO
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Rusiya-Azərbaycan Forumuna məktub ünvanlayıb - FOTO

Yekaterinburqdakı Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, regionlararası forumun işində iştirak etmək üçün Azərbaycandan Yekaterinburqa geniş tərkibdə nümayəndə heyəti gəlib. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nümayəndələrinin, rayonların icra hakimiyyəti başçıları, müxtəlif nazirlik və idarələrin, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri daxildir.

Forumun təşkilatçıları Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyidir.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müvafiq sürətdə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlararası forumun iştirakçılarına təbrik məktublarını oxuyublar.

Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov açılış mərasimində çıxış ediblər. Onlar ticari-iqtisadi əməkdaşlığın vəziyyəti barədə məlumat verib, bu əməkdaşlığın perspektivlərini qeyd ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi potensialından söhbət açıblar.

Forumun plenar iclası “Regionlararası əməkdaşlığın nəticələri və perspektivləri” mövzusuna həsr edilib.

VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Rusiya-Azərbaycan Gənclər Forumu, habelə ekspertlərin “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyllər. İqtisadiyyat, siyasət, inteqrasiya” mövzusunda görüşü, sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və başqa mövzularına həsr edilmiş “dəyirmi masalar” keçiriləcək.

Görüşlərin yekunlarına əsasən əməkdaşlıq haqqında sənədlərin imzalanması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm