• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müəllim və həkimlərə güzəştli ipoteka verilə bilər

  • Nida.az
  • 30 Sentyabr 2015 13:49
  • 580 Baxış
Müəllim və həkimlərə güzəştli ipoteka verilə bilər

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı lal-kar uşaqların problemlərini gündəmə gətirib.

Publika.az-ın məlumatına görə, deputat M.Quliyev bildirib ki, uşaqların vaxtında əməliyyat edilməsi nəticəsində lal-karlığı aradan qaldırmaq mümkündür. Onun sözlərinə görə, hər əməliyyatın 20 min manata başa gəldiyini nəzərə alsaq, təqribən 2,5 milyon manat vəsait tələb olunur.

M.Quliyev bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Müəllimlər və həkimlərə ipoteka verilməsi məsələsinə də toxunan M.Quliyev deyib ki, maaşları şərtlərlə uyğun gəlmədiyi üçün müəllimlər və həkimlərin sosial ipoteka alması mümkünsüz olub: “Qanunvericilikdə müəllim və həkimlərin xüsusi kateqoriya kimi göstərilməsi zəruridir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR