Spikerdən Zahid Oruca CAVAB: “Xarici İşlər Nazirliyini Kəşfiyyat Nazirliyinə çevirmək istəyirsən?”
Bizi izləyin

Nida.az

Spikerdən Zahid Oruca CAVAB: “Xarici İşlər Nazirliyini Kəşfiyyat Nazirliyinə çevirmək istəyirsən?”

Azərbaycanda nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir.

Publika.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Parlamentə Prezident tərəfindən təqdim olunan qanun layihəsində qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Sözügedən məsələ ilə bağlı çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, hər bir diplomat öz işində məsuliyyətli olmalı və sirr saxlamağı bacarmalıdır. Son vaxtlar Azərbaycanda bəzi diplomatların xarici dairələr tərəfindən ələ alındığını xatırladan Z.Oruc bunun yolverilməz olduğunu söyləyib: “Əgər sən bu sahədə sonadək çalışa bilməyəcəksənsə, o zaman əvvəlcədən diplomat peşəsindən vaz keç. Ümumiyyətlə, hər bir diplomat xüsusi xidmət orqanlarında olduğu kimi sirr saxlamağı, nə danışmağı bacarmalıdır. Diplomatlar öz işlərində məsuliyyətli olmalıdır. Necə ki, kəşfiyyat orqanlarında çalışanların sabiqi olmursa, mən hesab edirəm ki, bu diplomatik sahədə çalışanlar üçün də eynidir”.

Sözügedən çıxışa görə Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Ay Zahid Oruc, sən Xarici İşlər Nazirliyini Kəşfiyyat Nazirliyinə çevirmək istəyirsən? Bu, təkcə Xarici İşlər Nazirliyində deyil. Hər yerdə nanəciblər var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm