Rusiyanın “mavi dəbilqəliləri” Qarabağda: “Sarsılmaz qardaşlıq” niyə gəlib?
Bizi izləyin

Nida.az

Rusiyanın “mavi dəbilqəliləri” Qarabağda: “Sarsılmaz qardaşlıq” niyə gəlib?

Bu gün Ermənistanın “Baqramyan” poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz qardaşlıq” adı altında hərbi təlimləri başlayır.

Publika.az xəbər verir ki, təlimlərin keçirilməsi 2015-ci ilin əvvəlindən məlum idi. Rəsmi məlumata görə, bu, Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına hesablanıb.

“Təlimlərin birinci mərhələsində KTMT-nin nizamnaməsinə uyğun olaraq sülh əməliyyatları keçiriləcək. Təlimlərin praktiki hissəsində altı ölkənin kontingenti tərəfindən danışıqların aparılması, humanitar yüklərin müşayiət olunması, patrulçəkmə və nəzarət məntəqələrində buraxılışları həyata keçirməkdir”, - deyə təşkilatın təlimlərlə bağlı rəsmi məlumatında bildirilir.
Lakin Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artdığı bir vaxtda “Rusiya NATO-su”nun Ermənistanda hərbi təlim keçirməsi diqqətləri başqa istiqamətə yönəldir.

“Nezavisimaya qazeta” nəşri təlimlərlə bağlı məqaləsində yazır: “Dağlıq Qarabağda vəziyyətin kəskinləşdiyi bir vaxtda belə təlimlərin keçirilməsi aktuallaşır. Xüsusilə son dövrlər Dağlıq Qarabağa KTMT-nin sülhməramlılarının daxil edilməsinin reallaşacağı haqda fikirlər səsləndirilir. Hazırda münaqişə tərəfləri arasında artilleriya atəşləri dayanmır. Lakin vəziyyətin nəzarətə alınması üçün hələlik heç bir mühüm qərar yoxdur. Ona görə də KTMT-nin “mavi dəbilqəliləri”nin manevrləri fonunda döyüşlərin bərpası aktuallaşmaqdadır. Bütün bu məsələlər Qarabağ münaqişəsi üçün aktualdır. Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı KTMT-nin heç bir rəsmi bəyanatı olmadı”.

Qeyd edək ki, KTMT-nin “mavi dəbilqəliləri” 2007-ci ildə yaradılıb. 3 min 500 hərbi qulluqçunun təmsil olunduğu hərbi birləşmə indiyə qədər real müharibədə olmayıb.

KTMT-nin mətbuat xidmətinin rəhbəri Vladimir Zaynetdinov bildirib ki, Ermənistandakı təlimlər heç bir ölkəyə qarşı çevrilməyib: “Qafqazda ən qaynar nöqtə Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan təşkilatın üzv ölkəsidir, lakin bizim Azərbaycanla da yaxşı münasibətlərimiz var”.

Erməni ekspert Naira Ayrumyan nəşrə açıqlamasında bildirir ki, Rusiya Qarabağa KTMT-nin qoşunlarını daxil etməyi təklif edir: “Bu isə Qərbin xoşuna gəlməyəcək”.

Nəşr Cənubi Qafqazda uzun müddət Rusiya qoşunlarının komandan müavini olmuş general-leytenant Yuri Netkaçevin məsələ ilə bağlı fikirlərindən sitat gətirir.

Hazırda Moskvanın Dağlıq Qarabağa sülhməramlıları daxil etməsi əlverişsizdir. Çünki Rusiya diqqətini Suriyaya cəmləyib. Lakin Ermənistan və Azərbaycan arasında əsl müharibə olacaqsa, bunu etməyə məcbur qalacaq”, - deyə rusiyalı general bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm