• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qüdrət Həsənquliyev: “Dələduzlar bir mənzili bir neçə adama satır”

  • Nida.az
  • 30 Sentyabr 2015 15:49
  • 301 Baxış
Qüdrət Həsənquliyev: “Dələduzlar bir mənzili bir neçə adama satır”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, sözügedən qanun layihəsindən danışan millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qarşıdan payız mövsümü gəlir və yenə də yeni tikilmiş çoxrmərtəbəli binalar bu ili qazsız keçirəcək: “Elektrik enerjisindən həddindən artıq istifadə həddindən artıq yükləmələr isə digər problemlər yaradılır. Dövlət Neft Şirkəti bildirir ki, bina təhvil verilirsə, qazla təmin edilə bilər.

Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin ki, binanı vaxtında təhvil versin, olmasa, məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçə adama satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahəsində problem yaranırsa, dərhal o, qanunvericilik sahəsində tənzimlənir. Qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilsə ki, tikinti şirkəti yalnız bina dövlət istismarına qəbul edildikdən sonra notarial qaydada mənzil satışı həyata keçirə bilər, bu problem həll olunar. Amma biz marağındayıq ki, özül qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin, bina başa çatandan sonra tikinti şirkətinin rəhbəri desin ki, gedin binanı dövlət tərəfindən qəbul etdirin. Beləliklə, insanlar neçə illər belə əziyyətlərlə üz-üzə qalır. Yaxşı olar ki, biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qaydada bunu həyata keçirsin. Bu dəqiqə elə binalar var ki, bir neçə ildir insanlar orada yaşayır, ancaq orada qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edilsin”.

Daha sonra layihə səsə qoyulub və qəbul edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR