Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf edilib
Bizi izləyin

Nida.az

Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən etiraf edilib

Dünya Bankı Azərbaycanla bağlı yeni hesabat açıqlayıb.

Publika.az-ın məlumatına görə, hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq, demək olar ki, aradan qaldırılıb.

Bu nailiyyətlər ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Qeyd edilir ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da, Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.

Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır.

Onu da nəzər almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranın davam etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm