Seçki mübarizəsi qızışır: iki namizəd söz müharibəsinə başladı
Bizi izləyin

Nida.az

Seçki mübarizəsi qızışır: iki namizəd söz müharibəsinə başladı

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.


Publika.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.


A. Əlizadə namizədliyini 35 saylı Xətai üçüncü seçki dairəsindən irəli sürüb. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi Aliyə Ağrılı Reyman qızıdır. Həmçinin Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini bu dairədən irəli sürüb.


Hazırda A. Əlizadə ilə İqbal Ağazadə arasında söz müharibəsi davam edir. Xüsusilə Ümid sədrinin “Araz Əlizadəni çox ciddiyə alıram. Hesab edirəm ki, o da namizədlərdən biridir, amma mən olmasaydım” sözləri qarşı tərəfi qıcıqlandırıb.


A. Əlizadə Publika.az-a açıqlamasında bildirib ki, opponenti ona qarşı hücuma keçməklə əsəblərini yoxlayır: “Mən Azərbaycan siyasətində hazırcavab və ironik siyasətçiyəm. Bu, siyasətdə mənim üslubumdur. Bu üslubumun dadını İqbal Ağazadə də görəcək. Görək, o zaman da belə danışa biləcəkmi?!”


Partiya sədri qeyd edib ki, indiyə qədər heç bir siyasətçini, yaxud siyasətdə ona rəqib olanları səbəb olmadan tənqid etməyib: “Mən səbirli adamam, lakin mənə qarşı yanlış kampaniya aparanda, haqqımda mənfi rəy formalaşdırmağa cəhd ediləndə sərhəd tanımıram. Belələri olub və hər dəfə onları ayağımın altına alıb süpürmüşəm. Sonuncu prezident seçkilərində bunun açıq şahidi oldular. Lakin mən həmişə mədəni və əxlaq çərçivəsində mübarizənin tərəfdarı olmuşam”.


Deputatlığa namizəd İqbal Ağazadəyə qalib gələcəyini düşünür.


“3 dəfə deputat seçilib, amma təklif etdiyi qanun layihələri, altında imzası olan işlər görünmür. Ona görə də hesab edirəm ki, onun getmək vaxtı çatıb”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm