Elmar Məmmədyarov: “Azərbaycan Avrasiya İttifaqına giriş imkanlarını inkar etmir”
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: “Azərbaycan Avrasiya İttifaqına giriş imkanlarını inkar etmir”

“Azərbaycan Avrasiya İqtisadi İttifaqına giriş imkanlarını inkar etmir”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasından iştirakı zamanı “Sputnik” agentliyinə açıqlamasında deyib.


E. Məmmədyarov ittifaqa girməklə bağlı suala “Heç vaxt heç vaxt demə” deyə özünəməxsus formada cavab verib. Qeyd edib ki, Azərbaycan Avrasiya blokunun ölkələri ilə geniş formada ikitərəfli münasibətlərə malikdir.


Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev daha əvvəl bildirmişdi ki, Azərbaycan, İran, Hindistan və Monqolustanın Avrasiya İttifaqı ilə əməkdaşlıq imkanlarına baxılır. Həmçinin ittifaq Türkiyə ilə ticarət müqavilələri bağlamaq arzusundadır. İttifaq özündə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanı birləşdirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm