“Ukrayna problemi həll olunana qədər müxalifət sakit olmalıdır” - Çağırış
Bizi izləyin

Nida.az

“Ukrayna problemi həll olunana qədər müxalifət sakit olmalıdır” - Çağırış

“Ukrayna problemi həll olunana qədər müxalifət sakit olmalıdır” - Çağırış


“Ukraynanın taleyi həll olunana qədər Azərbaycan müxalifəti sakit durmalıdır, ölkədə hansısa aktivlik yolverilməzdir”.

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında müxalifətin son dövrlər passivliyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, aktivlik milli maraqlara xidmət edən zaman olmalıdır: “Yoxsa milli maraqlara xeyir də olsa, ziyan da olsa fəallıq göstərmək doğru deyil. Dünyanın diqqəti Ukraynadadır. Buna paralel olaraq Azərbaycanda baş verə biləcək hadisələrə dünya ictimaiyyəti adekvat reaksiya verməyəcək. O baxımdan, Azərbaycanın sakitliyə ehtiyacı var. Çünki Rusiya Ukraynadakı siyasətinə legitimlik qazandırmaq üçün kənar ölkələrdə provokasiyalar planlaşdırır. Bu nəzəri cəhətdən belə də olmalıdır. Misal üçün, Azərbaycanda vətəndaşların hüquqları ilə bağlı hansısa mitinq keçirilə bilər, amma Rusiya o mitinqdə elə provokasiya edər ki, dünya ictimaiyyəti onun Ukraynada etdiklərinə haqq qazandırmalı olar”.

S. Cəlaloğlu qeyd edib ki, bu gün Ukraynada Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ ölkələrinin taleyi həll olunur. Onun fikrincə, Ukraynanın Rusiya təsirindən çıxması postsovet məkanındakı geosiyasəti dəyişəcək: “Ona görə də Azərbaycandakı siyasi partiyaların hamısı Ukraynaya dəstək ifadə edirlər. Demək olmaz ki, müxalifət passivdir. Sadəcə olaraq, müxalifətin uzun müddət yanlış olaraq apardığı siyasət nəticəsində belə fikir formalaşıb ki, siyasi aktivlik yalnız küçələrə çıxmaq, mitinq etmək, döyülmək, söyülmək, həbs olunmaqdır. Halbuki fəallıq bu deyil. Biz ölkədə və dünyada gedən siyasi proseslərə qiymət verir, hakimiyyət üzərində ictimai nəzarəti yerinə yetirir, xalqı maarifləndirirk. Təbii ki, bacardığımız qədər. Çünki bizim üzümüzə telekanallar bağlanıb, yalnız qəzet və saytlar vasitəsilə, şəxsi ünsiyyətlə fikirlərimizi çatdırırıq. O başqa məsələ ki, dünya dağılır, müxalifət səsini çıxartmır. Amma ümumilikdə piket, mitinq aktivlik göstəricisi hesab oluna bilməz. Gərək kimlərsə küçərələrə çıxa, provokasiyalar ola?!”.

Partiya sədri qeyd edib ki, siyasi partiyaların nizamnamələri işləyir, rəhbər orqanları toplaşırsa, deməli fəaliyyət də var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm