İsa Qəmbərin müşaviri: “Bəzilərinin hikkəsinə görə gözdən düşürük”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşaviri: “Bəzilərinin hikkəsinə görə gözdən düşürük”

İsa Qəmbərin müşaviri: “Bəzilərinin hikkəsinə görə gözdən düşməkdəyik”


“Biz etiraf edə bilmirik ki, mübarizə taktikamız yanlışdır. Sanki bunu desək, tufan qopacaq, cəmiyyətin gözündən düşəcəyik”.

Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az -a açıqlamasında müxalifətin passivliyinə münasibət bildirərkən deyib.

“Müxalifət məzuniyyətdədir” deyə hazırkı durumu şərh edən S. Əlisoyun sözlərinə görə, bəziləri üzündən müxalifət gözdən düşür: “Onsuz da bəzilərinin hikkəsi, təkəbbürü sayəsində gündən-günə gözdən düşməkdəyik. Deyəndə ki, bəzi müxalifət liderləri depressiyaya məruz qalıb, ağız büzənlər olur. 3-4 kəsin parlament mandatı qazanmasından yana səfərbər olmaq əsla müxalifətçilik deyil, bunun adı nədir, hər kəs yaxşı bilir. Dəyişmək zamanıdır, cənablar. Populizmə biryolluq son qoyulmalı, reallığa söykənən mübarizə taktikası seçilməli, başın deyil, başların qəbul etdiyi qərarlar verilməlidir”.

İsa Qəmbərin müşaviri müxalifətin seçim etməyə məhkum olduğunu deyib: “Ya yeni bir keyfiyyət ortaya qoyulmalı, ya da məzuniyyətdə qalmağa davam etməli”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm