Azərbaycanlı müğənni Türkiyənin bələdiyyə seçkiləri mitinqlərinə dəvət olunub? - FOTO
Bizi izləyin

Nida.az

Azərbaycanlı müğənni Türkiyənin bələdiyyə seçkiləri mitinqlərinə dəvət olunub? - FOTO

Azərbaycanlı müğənni Türkiyənin bələdiyyə seçkiləri mitinqlərinə dəvət olunub? - FOTO

Xəbər verildiyi kimi, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.Müşahidəşilər bu seçkilərin Türkiyə daxili siyasətində mühüm mərhələ olacağını qeyd edirlər. Belə ki, hakim İnkişaf və Ədələt Partiyasının bu seçkilərdə seçici səslərini müəyyən qədər itirəcəyi də gözlənilir. Bu seçkilərdə Türkiyədəki soydaşalrımızın (onlar türk mediasında azəri, türkmən, qarapapax adlarıyla qeyd olunur-red.) səsləri uğrunda mübarizənin də qabarıq şəkildə önə çıxır.

Sosial şəbəkələrdə yerləşdirilmiş elanlardan diqqətimizi çəkən bir məlumat isə soydaşlarımızın səsini qazanmaq üçün Azərbaycan respublikası vətəndaşalrının da cəlb edilməsi oldu. Belə ki, elanda MHP mitinqində Azərbaycanın əməkdar artisti, müğənni Azərinin çıxış edəcəyi qeyd olunurdu.

Müğənni Publika.Az-a açıqlamsında martın 21-də İğdırda keçirəcəyi konsert zamanı Türkyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının mitinqinin planlaşdırılması və mitinqin dəvətnaməsində onun adının verilməsi məsələsinə münasibət bildirib.

Müğənni deyib: “Yox, mənim konsert proqramım Dövlət Baxçalının mitinqi zamanı deyil. Mənim proqramım siyasətdən tam uzaq proqramdır. Mən Novruz bayramı ilə bağlı konsertdə çıxış etmək üçün ora gedəcəm. Yəni, onlar mənimlə danışıqda da mitinqdə deyil, ancaq Novruz konsertində iştirak edəcəyimi bildiriblər. Kimsə mənim adımı mitinqin dəvətnaməsinə yaza bilər. Ancaq əsas odur ki, mən orada nə mesaj verəcəyəm. Mənim mesajım Novruz bayramı ilə əlaqəli olacaq. Mən ümumiyyətlə siyasi proseslərdə yer almayan sənətçiyəm və bunu onlar da çox yaxşı bilirlər. İğdırda və Qarsda da mənim soydaşlarım yaşayır. Mən bir Azərbaycan türkü olaraq Novruzla əlaqəli orada çıxış etməyi planlaşdırıram. Təbii ki, mən Türkiyənin prezidentinə, baş nazirinə, CHP rəhbərinə olduğu kimi, bir siyasətçi kimi Dövlət Baxçalıya da böyük hörmət bəsləyirəm. Ancaq mənim həmin konsertdə siyasi görüşüm olmayacaq. Mən ora Novruzla əlaqədar gedirəm və danışığımız da belə olacaq. Mitinq dəvətnaməsində mənim adımın qeyd olunması doğru hazırlanmayıb. Çünki bizim danışığımızda mitinqlə bağlı heç bir söhbət olmayıb. Mən sənət adamıyam, mən Türkiyədə heç bir siyasi proseslərdə yer almaram”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm