• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Həsənov: “Azərbaycanda heç bir jurnalist deyə bilməz ki…”

  • Nida.az
  • 2 Oktyabr 2015 11:49
  • 287 Baxış
Əli Həsənov: “Azərbaycanda heç bir jurnalist deyə bilməz ki…”

“Heç bir dövlət seçkilərdə hər hansı nöqsandan sığortalanmayıb. Şübhəsiz ki, Azərbaycanda da indiyədək keçirilən seçkilərdə müəyyən nöqsanlar olub. Ancaq Azərbaycanda seçkilər hər zaman şəffaf və ədalətli təşkil olunub”.

Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda Mərkəzi Seçki Komissiyası cəmiyyətdəki və ölkədəki sabitlikdən yararlanaraq öz işini daha da inkişaf etdirib. Ə.Həsənov deyib ki, buna görə də Azərbaycanda hər il seçkilər daha da şəffaf və nöqsansız keçirilir: “Azərbaycanda seçki ovqatı ildən-ilə daha da yüksəlir.

Azərbaycanda hər bir KİV seçkilərdə azad və sərbəst şəkildə iştirak edə, seçki mühitini dəyərləndirə bilər. Bu baxımdan da mətbuatın üzərinə məsuliyyətli yük düşür ki, siyasi partiyalar, seçki blokları və digər fərdlərin seçkilərlə bağlı, onun nəticələri ilə bağlı mövqeyini obyektiv dəyərləndirsin. Seçkilərin nəticələrini obyektiv qiymətləndirmək və təhlil etmək baxımından mətbuatın rolu əvəzsizdir.

Adətən, seçki dövründə mətbuat öz kommersiya maraqlarına uyğun hərəkət edir, namizədlərin ödənişli təbliğatını aparır və sairə. Hesab edirəm ki, bu iş də obyektiv şəkildə həyata keçirilməlidir. Bu baxımdan da hesab edirəm ki, hər kəsə bərabər şərait yaradılmalıdır. Media bu məsələdə öz fəaliyyətini qanuni şəkildə icra etməlidir”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda heç kəs deyə bilməz ki, onun fəaliyyətini hakimiyyət müəyyən edir: “Azərbaycanda heç bir jurnalist deyə bilməz ki, onun fəaliyyətinə hakimiyyət müdaxilə edir və sairə. Azərbaycanda jurnalistlər sərbəst fəaliyyət göstərir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR