• USD 1,7201 -0,01% EUR 1,8654 +0,67%
    • GBP 2,1549 +1,36% RUB 0,0302 +1,32%

Əli Həsənov: “Xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə...”

  • Nida.az
  • 2 Oktyabr 2015 13:50
  • 282 Baxış
Əli Həsənov: “Xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə...”

“Azərbaycanda bütün xarici KİV-in fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq olaraq qeydiyyatdan keçirməlidir”.

Publika.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Azərbaycanda hər bir jurnalist öz vəsiqəsini göstərməklə seçkini izləyə bilər: “Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-ə aid deyil.

Ancaq xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir. Həmin jurnalistlər və onların ətrafında anti-Azərbaycan kampaniyası aparmaq istəyən dairələr bilməlidirlər ki, Azərbaycanda bu və ya digər fəaliyyəti həyata keçirmək üçün hüquqi normaları yerinə yetirmək lazımdır”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR