Etibar Hüseynov deputatlığa namizədlikdən imtina etdi
Bizi izləyin

Nida.az

Etibar Hüseynov deputatlığa namizədlikdən imtina etdi

Milli Məclisin deputatı Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq.


Publika.az xəbər verir ki, E. Hüseynov bu barədə “facebook” səhifəsində məlumat yayıb.


O, seçkilərə qatılmamağını Ülvi Quliyevin onunla eyni dairədən namizədliyini irəli sürməsi ilə əlaqələndirib: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi. Hər şeyi sıfırdan başlamaq böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarını verdim”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm