Nida.az
Dağlıq Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərinin SİYAHISI
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya təqdim edib.
Publika.az xəbər verir ki, nazir bu barədə məlumatları səfirlə görüşdə təqdim edib.
Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, bunun yolverilməz olduğunu vurğulayıb. Nazir həmçinin ABŞ Hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta görüş zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib. Ölkələrimiz arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir Robert Sekuta ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə, eləcə də ABŞ-ın Ticarət nazirinin dəvəti ilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin ABŞ-a səfərinə dair müzakirələr aparılıb.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü