
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xəyyam Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə Xəyyam Hadı oğlu Mirzəzadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.