Partiya sədri: “Mənim adımdan axmaq-axmaq şeylər yayır”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Mənim adımdan axmaq-axmaq şeylər yayır”

“Facebook” sosial şəbəkəsindəki Araz Əlizadə profilinin mənimlə heç bir bağlılığı yoxdur. Həmin profili kimsə yaradıb. Üstəlik, o, mənim adımdan axmaq-axmaq şeylər paylaşır”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

O bildirib ki, “facebook” sosial şəbəkəsində onun adından saxta profilin yaradıldığını, üstəlik, həmin şəxsin ASDP sədri adından xoşagəlməz paylaşımlar etdiyini bildirib: “Məni tanıyanlar bilir ki, elə şeylər etmərəm. Bu cür paylaşımların mənə heç bir aidiyyəti yoxdur. İki dəfə şikayət etsəm də, bunun bir xeyri olmadı”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm