Arif Hacılının namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Arif Hacılının namizədliyi qeydə alındı

Müsavat Partiyası başqanı Arif Hacılının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının rəsmi internet saytında məlumat yayılıb.

Məlumata görə, A.Hacılının namizədliyinin qeydə alınması ilə bağlı qərarı müvafiq dairə seçki komissiyası qəbul edib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürdüyü namizəd hazırkı millət vəkili Hüseynbala Mirələmovdur.

Xatırladaq ki, bundan öncə Müsavatın daha 8 namizədi qeydə alınıb. Qeydə alınan namizədlər İsa Qəmbər (Yasamal), İsgəndər Həmidov (Kəlbəcər), Razim Əmiraslanlı (Cəbrayıl), Xasay Fərzulla (Masallı), Söhrab Əmrahov (Xaçmaz), Niyaz Nəsir (Xəzər), Valeh Hümmətoğlu və Mirzağa Axunddur (Salyan).

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm