Oqtay Əsədov vitse-prezidenti qəbul edib
Bizi izləyin

Nida.az

Oqtay Əsədov vitse-prezidenti qəbul edib

Oqtay Əsədov vitse-prezidenti qəbul edib


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel adaları Respublikasının ilk prezidenti olmuş, Mərkəzi Asiya, Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının vitse-prezidenti Ceyms Riçard Mançamı qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.Az -a verilən məlumata görə, parlamentin sədri qonağı səmimi salamlayaraq bu cür səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat verən spiker bildirib ki, Şərq dünyasında ilk demokratik dövlət quran Azərbaycan hələ ötən əsrin əvvəlində qadınlara seçib seçilmək hüququ veribdir: “Onlar bu gün Azərbaycan parlamentində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.

Sədr Azərbaycan qanunvericilik orqanında təmsil olunmuş siyasi partiyaların və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışıb. Qeyd edib ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın təmsilçiləri parlamentdə çoxluq təşkil edir və qanun yaradıcılığında, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında fəallıq göstərirlər.

Spiker qonağın təmsil etdiyi siyasi qurumla Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək dəyərləndirib.

Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqət çəkərək iki ölkə arasında bu səviyyədə münasibətlərin inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inamını söyləib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib.

O, Azərbaycandakı inkişafa heyranlığını xüsusi vurğulayıb. Qonaq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayacağına inamını ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm