Nida.az
Qarabağda “isti payız” başlayır: üçüncü ölkələrin iştirakı ilə böyük müharibə
“Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində, həmçinin, Ermənistan və Azərbaycan sərhədində vəziyyət əvvəlki kimi gərgin olaraq qalır”.
Publika.az xəbər verir ki, Rusiyanın “Avrasiyanın ritmi” saytı
“Dağlıq Qarabağda “isti payız” başlıqlı məqaləsində bu barədə
yazır.
Sayt diplomatik mənbələrə istinadən xəbər verir ki, Ermənistan
rəhbərliyi Azərbaycanın Qarabağı geri qaytarması üçün hücuma
keçəcəyindən narahatdır.
“Əgər Azərbaycan ərazi bütövlüyünü danışıqlar yolu ilə bərpa edə
bilməsə, avtomatik güc yoluna əl atacaq. Artıq bu barədə qəti qərar
verilib”, - deyə danışıqlar prosesində iştirak edən adının
açıqlanmasaını istəməyən diplomatlardan biri saytda bildirib.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə də sayta İrəvanın
müharibə qorxusunun böyüdüyünü təsdiq edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri
Nikolay Bordyujanın İrəvanda Serj Sarkisyanla Qarabağ
müzakirələrinə diqqət çəkən sayt regionda təhlükəsizliyə ciddi
zərbə vuracaq müharibə ehtimalının artdığını diqqətə çatdırır.
“Rusiya Azərbaycanın Avrasiyaya inteqrasiya layihələrinə cəlb
edilməsi imkanını saxlamaq üçün tamamilə neytral mövqe tutmaq
istəsə də, Ermənistanın itirilməsi regionda vəziyyəti dəyişdirəcək.
ATƏT-in Minsk qrupuna gəlincə, 2014-cü ilin avqustunda cəbhədəki
gərginliyə müdaxilə edə bilməyənə həmsədrlərin bundan sonra da nəsə
edəcəyini demək çətindir. Belə bir vəziyyətdə tərəflərin ağır
artilleriyadan istifadə etməsi bölgəni alovlandıracaq və başqa
ölkələrin də qoşulduğu bir müharibə başlayacaq”, - deyə sayt
yazır.
Qeyd edək ki, ötən həftə İrəvanda Sarkisyanla görüşən Bordyujanın
açıqlamaları da bu fonda diqqət çəkir: “KTMT təşkilata üzv
ölkələrdən hansısa birinin öz təhlükəsizliyini müstəqil şəkildə
təmin etmək iqtidarında olmadığı zaman vəziyyətə müdaxilə edə
bilər. Lakin bunun üçün həmin dövlətin özünün müraciət etməsi
lazımdır. Mənə elə gəlir ki, Ermənistan ordusunun öz təhlükəsizlik,
stabillik və ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanları
var”.
Ekspertlərə görə, əslində bu, KTMT-nin müharibə olacaqsa,
Ermənistana yardım etmək niyyətində olmadıqlarını açıq göstərir.
Belə ki, təşkilatda əsas söz sahibi olan Rusiya son dövrlər
mövqeyində dəyişikliklər edərək, daha çox neytral mövqedə qalmağa
üstünük verir. İkinci, əsas ölkə olan Qazaxıstan isə Azərbaycanı
müdafiə edir və ən son məqamda Bakının yanında yer alacaq.
Ermənistan KİV-i bu amilləri İrəvan üçün təhlükə olduğuna diqqət
çəkir.
Asif Nərimanlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub