Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir
Bizi izləyin

Nida.az

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.

Publika.az xəbər verir ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Tədbir oktyabrın 8-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm