Azərbaycanda bu vəzifəyə təyin edənlər cəzalanacaq - DƏYİŞİKLİK
Bizi izləyin

Nida.az

Azərbaycanda bu vəzifəyə təyin edənlər cəzalanacaq - DƏYİŞİKLİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişiklik edilib.

Publika.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Məcəlləyə edilən əlavəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcək.

Daha sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm