Polisə əlavə vəzifələr verildi
Bizi izləyin

Nida.az

Polisə əlavə vəzifələr verildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Publika.az-ın məlumatına görə, qanun layihəsinə edilən dəyişikliklə bağlı məlumat verən deputat Rəfael Cəbrayılov qeyd edib ki, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrini ehtiva edən 14-cü maddəyə əlavələr edilir.

Belə ki əlavə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etməklə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm