Nida.az
Arif Hacılı: “Müsavat seçkilərdə iştirak qərarına yenidən baxacaq”
“Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi müxalifətin mövcudluğunu sübut edir. Seçkilərin boykotu asandır, əsas olan çətin seçkidə iştirakdır”.
Publika.az xəbər verir ki, bu barədə Müsavat
Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, partiyanın 12 üzvünün deputatlığa namizədliyi
qeydə alınıb: “Bu müddət ərzində 300 mindən çox seçici ilə təmasda
olmuşuq. Bilirsiniz ki, namizədlərin qeydiyyatı ilə bağlı Müsavat
üzvlərinə əngəllər yaradırlar. Ona görə də partiya seçkidə
iştirakla bağlı qərarına yenidən baxacaq. Deputatlığa namizədlərin
qeydiyyatı başa çatdıqdan sonra seçkilərdə iştirakın formasına bir
daha baxacağıq. Seçkidə iştirakla bağlı qərarı NİDA və REAL
hərəkatlarının nümayəndələri ilə birgə müzakirə edəcəyik. Amma
yekun qərar partiya Divanının fövqəladə toplantsında qəbul
olunacaq”.
A. Hacılı partiyanın VIII qurultayından sonra yaranmış fikir
ayrılığına bir daha toxunub. O, bunu normal siyasi proses
adlandırıb.
“Qurultaydan sonra Azərbaycan cəmiyyətində Müsavat Partiyasının
strukturları ilə bağlı müəyyən narahatlıq olub. Ötən dövrdə
partiyanın bütün strukturları yenidən qurulub. Bütün bu işlər
demokratik prinsiplərə uyğun olaraq aparılıb. Deyə bilərəm ki,
Müsavat Partiyası qurultaydan sonra xeyli gücləndirilib. Bəzi
qüvvələrin partiyanı parçalamaq cəhdləri uğursuzluğa düçar olub.
Qurultaydan sonra Müsavat Partiyasının Nizamnaməsini pozan 14
nəfəri partiyadan xaric etmişik, partiyadan təxminən 100-dək üzv
isə özü çıxıb. Amma bunun əvəzində partiyaya xeyli üzv qəbul
olunub”, - deyə o bildirib.
Asif Nərimanlı
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR