• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Dini Komitədən dindarların boykot çağırışı ilə bağlı AÇIQLAMA

  • Nida.az
  • 7 Oktyabr 2015 11:25
  • 331 Baxış
Dini Komitədən dindarların boykot çağırışı ilə bağlı AÇIQLAMA

“Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirən şəxslərin, xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi bəzi dairələrin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Rüstəm Ramazanov bildirib.

O bildirib ki, noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilərin keçirilməsilə əlaqədar KİV-də cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlmiş fikirlər səsləndirilir. Cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlirik. Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək onların səsvermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər: “Bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir. Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların “rəhbər”ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Eyni zamanda özlərini “din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir.

Bu mövzuda çoxkonfessiyalılığı ilə səciyyələnən ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcək”.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR