Nida.az
Kəmaləddin Heydərov İran prezidenti ilə görüşüb
"İran öz qonşu ölkələri ilə xüsusəndə Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. İran və Azərbaycan iki dost qardaş və qonşu ölkədir biz hər iki ölkənin xalqı və dövlətinə layiq əlaqələrin qurulmasını istəyirik".
Bunu İran Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla
görüşündə deyib. Bu barədə "Mehr" agentliyi məlumat verir.
H.Ruhani deyib ki, İran və Azərbaycan arasında əlaqələrin səviyyəsi
qənaətbəxşdir, lakin əlaqələrin daha da inkişafı üçün böyük
potensial mövcuddur.
Kəmaləddin Heydərov Azərbacyan Prezidenti İlham Əliyevin xüsusi
mesajını İran Prezidentinə təqdim edib: "Sizin və Azərbaycanın
möhtərəm Prezidentinin iki ölkə arasında əlaqələrin inkişafına olan
diqqətiniz ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq".
K.Heydərov deyib ki, İranda yeni hökumətin qurulması iki ölkə
arasında əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan
yaranmış bu imkandan istifadə etməyə qərarlıdır.
Qeyd edək ki, İranın İRNA agentliyinin məlumatına görə,
Kəmaləddin Heydərov bu gün həmçinin İranın Gömrük
Administrasiyasının rəhbəri Məsud Kərbasiyan ilə görüşüb. Görüşdə
iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün
mövcud problemlərin həlli yolları müzakirə olunub.
Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi əlaqələrin
inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi
qanunların hər iki ölkə arasında uyğunlaşması məqsədi ilə yenidən
baxılmasını təklif edib.
M.Kərbasiyan, həmçinin İran vətəndaşlarına vizaların alınmasında
yaranan problemləri əlaqələrin inkişafı üçün digər problemlərdən
olduğunu deyib.
Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan
məhsulların İrana ixracatında gömrük rüsumlarının azaldılmasını
istəyib. /Trend/
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...