Partiya şüarı: “Yeni hədəflərə doğru” - SEÇKİ
Bizi izləyin

Nida.az

Partiya şüarı: “Yeni hədəflərə doğru” - SEÇKİ

“Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə “Yeni hədəflərə doğru” seçki şüarı ilə gedəcək”.


Bu barədə Publika.az-a açıqlamasında YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, YAP parlament seçkilərinə bir ildən artıq müddətdə hazırlaşıb: “Təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün ərazilər üzrə təbliğatlarımızı aparırıq. Hər bir namizədimiz haqda seçicilərə ayrıca məlumatlar veriləcək, hər dairə üzrə ciddi şəkildə işimizi aparacağıq”.


A. Mirzəzadə qeyd edib ki, artıq seçki proqramının əks olunduğu bukletlər də hazırdır və oktyabrın 9-dan sonra seçicilərə paylanılacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm