1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Bizi izləyin

Nida.az

1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə indiyə qədər 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, deputatlığa namizədliyi qeydə alınanlardan 263 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən, 15 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar blokundan, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 910 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.
Bu günə qədər MSK-da 164 müşahidəçi akkreditasiyadan keçib. İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin biri üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm