Nida.az
YAP-dan sərt cavab: “Müsavat seçkiyə çox zəif hazırlaşıb”
“Seçki prosesinə ən zəif hazırlaşan partiyalardan biri
Müsavat Partiyasıdır”.
Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin
müdiri, millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyası başqanı
Arif Hacılının seçki ilə bağlı ittihamlarına cavabında deyib.
Onun sözlərinə görə, indiyə qədər Müsavatın seçki ilə bağlı hansısa
seminarının, yaxud müşavirəsinin keçirilməsi haqda məlumatlar
yayılmayıb: “YAP isə seçkiyə vaxtaşırı hazırlaşır və bunun haqqında
daim ictimaiyyətə məlumat verir. Müsavat və bir sıra partiyalar
hesab edirlər ki, seçki prosesi və hazırlıq iki aylıq
müddətindədir. Halbuki, seçkiyə bütün dövr ərzində hazırlaşmaq
lazımdır”.
A. Mirzəzadə qeyd edib ki, bütün dairələrdən namizəd irəli sürə
bilməməsi Müsavat Partiyasının zəifliyinin göstəricisidir: “Digər
tərəfdən, irəli sürdüyü namizədlərin əksəriyyətini cəmiyyət
tanımır. Bir qismi isə ümumiyyətlə imza toplaya bilmədilər. Ona
görə də cəmi 12 namizədi qeydə alındı. Hesab edirəm ki, Müsavat və
digər partiyalar uğursuzluqlarını başqalarının üzərinə atmaq
istəyirlər. Hamıda qüsur axtarır, ittiham edirlər, bircə öz zəif
fəaliyyətlərinə baxmırlar”.
YAP rəsmisi əlavə edib ki, seçkiyə öncədən damğa vurmaq da zəiflik
əlamətidir.
“Seçkiyə hazırlaşmaq, seçicinin qapısına qədər getmək, seçiləndən
sonra nələr edəcəkləri haqda proqramları açıqlamaq əvəzinə, indidən
qaralama kampaniyası aparırlar. Görünür, xaricdən onlara daxil olan
bəyanatlar hazırdır. Seçkidən sonra altına imza qoyub yayacaqlar”,
- deyə o bildirib.
Asif Nərimanlı
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...