Seçkiqabağı təşviqat kampaniyasının başlamasına bir gün qaldı
Bizi izləyin

Nida.az

Seçkiqabağı təşviqat kampaniyasının başlamasına bir gün qaldı

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına sabahdan etibarən start verilir.


Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən aparıla bilər.


Qeyd edək ki, Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlamasına 24 saat qalmış başa çatır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm