• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyəli politoloq: “Türkiyə və Rusiyanın müharibə etməyini istəyirlər”

  • Nida.az
  • 8 Oktyabr 2015 12:24
  • 770 Baxış
Türkiyəli politoloq: “Türkiyə və Rusiyanın müharibə etməyini istəyirlər”

“Türkiyə və Rusiya 20 illik dostluq münasibətlərini bir anda silib atmaq nöqtəsinə gələrsə, bu hər iki ölkə üçün də yaxşı nəticələr verməyəcək”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Türkiyə və Rusiyanın Suriyada üz-üzə gəlməsini şərh edərkən deyib.


Onun fikrincə, hər iki ölkənin Suriya məsələsinə yanaşmasında ciddi fərq var: “Buna rəğmən, mövcud olan gərginlik diplomatik təmaslarda müzakirə edilərək həll edilə bilər. Hər iki ölkənin rəsmiləri bunu bacara biləcək gücdədir. Lakin bu böhranı bütün münasibətlərə şamil edərək, iqtisadi münasibətləri kəsərlərsə, hər iki ölkə bundan əziyyət çəkəcək”.


H. Oktay qeyd edib ki, Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar getdikcə kəskinləşir: “Moskva önəmli müttəfiqi olan Türkiyəni itirə bilər. Rusiya hazırkı yanaşmasını davam etdirərək, bəlkə də, dünyaya meydan oxuya bilər. Lakin bu qısamüddətli olacaq. Uzaq perspektivdə bu yanaşma Rusiyanın dövlət olaraq dağılmasına səbəb ola bilər. Buna görə də Türkiyə və Rusiya Suriya böhranı içində düşdükləri çıxılmaz yoldan diplomatik yolla xilas ola bilərlər”.


Türkiyəli politoloq hesab edir ki, Rusiya və Türkiyənin bu böhran içində çıxılmaz vəziyyətə salan NATO-dur: “Onlar hər iki ölkənin bir-birinə qarşı mübarizəyə girməsini, beləliklə, həm Rusiyanı, həm də Türkiyəni bölgədə zəiflətmək istəyirlər. Rusiya bu tələyə düşməməlidir”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR