Nida.az
“ABŞ Azərbaycanla bağlı obyektiv siyasət aparmalıdır” - Vaşinqtonda müzakirələr
ABŞ-ın Vaşinqton və Annapolis şəhərlərində Azərbaycanla bağlı müzakirələr aparılıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a
verilən məlumata görə, Amerika paytaxtının əsas diplomatik nəşri
olan “The Washington Diplomat” qəzeti tərəfindən 6 oktyabr
tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilib.
ABŞ-dakı səfirimiz Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib. “The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk təbiri məhz Azərbaycana həsr olunub.
Bir gün sonra səfir E. Süleymanov Merilend ştatının paytaxtı olan
Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü
qarşısında sonuncuların dəvəti ilə çıxış edib.
Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti
olan Lari Luksnerin suallarına cavab verən səfir, Azərbaycanın
müstəqilliyinin yenidən bərpa edildiyindən sonra ümummilli lider
Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində gözəçarpan
inkişaf yolu qət etdiyini bildirib, ölkənin nailiyyətlərindən söz
açıb. Hər iki tədbirdə, diplomat Azərbaycanın təşəbbüsü ilə
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii
qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin
yalnız Azərbaycan deyil regionun digər ölkələrinin inkişafına da
töhfə verdiyini qeyd edib.
Azərbaycanın iqtisadi inkişafından bəhs edən səfir ölkənin zəngin
neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını,
Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas
prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən
gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin
olduğunu bildirib və bu siyasətin uğurla həyata keçirildiyini
vurğulayıb. Azərbaycanda və ölkənin iştirakı ilə regionda böyük
infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir
yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin
həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə
çatdırılıb.
Diplomat eyni zamanda, Azərbaycanın dünyada nümunəvi tolerantlıq
örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin
multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada
müsəlman, xristian və yəhudilərin əsrlər boyu tolerantlıq və
dostluq şəraitində yaşadıqlarını söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
səfir E. Süleymanov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və
onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər
beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə
geniş məlumat verib. Münaqişənin həlli barədə suallara cavab
verərək bildirib ki, münaqişənin həlli formulu hamıya bəllidir və
masa üzərindədir, bu ilk növbədə Azərbaycanın işğal olunmuş
ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması
və oradan qovulmuş bir milyon qaçqın və məcburi köçkünlərin öz
yurdlarına qayıtmasıdır. Diplomat qeyd edib ki, beləliklə
münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız
Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi
və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi
iradəsinin olmamasıdır.
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə
danışan səfir E. Süleymanov bildirib ki, seçkilərlə bağlı Milli
Məclisdə nəzərdə tutulan 125 deputat yerinə 1000-ə yaxın
nümayəndənin namizədliyi irəli sürülüb və hər bir namizədin seçki
kampaniyası üçün müvafiq şərait yaradılıb, o cümlədən ictimai
mediada təmənnasız efir vaxtı ayrılıb, həmçinin seçkilərin şəffaf
və demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkədə
lazımi tədbirlər görülməkdədir.
Regionda və dünyada baş verən hadisələrlə bağlı sualları
cavablandıran diplomat qeyri-sabitlik, aqressiv separatçılıq və
ekstremist hərəkatlar tərəfindən mövcud olan təhlükəni vurğulayıb.
Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha strateji və praqmatik
yanaşmanın vacibliyini vurğulayan səfir, ABŞ-ın tərəfdaş
dövlətləri, o cümlədən Azərbaycanla daha aydın, obyektiv və
konstruktiv siyasətin aparılmasının əhəmiyyətini bildirib. Diplomat
qeyd edib ki, ikili standartlar və səthi yanaşmalar regionun
inkişafına mənfi təsir göstərir.
Asif Nərimanlı
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO