Bosniya və Herseqovinadan Azərbaycana dəstək
Bizi izləyin

Nida.az

Bosniya və Herseqovinadan Azərbaycana dəstək

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən konfrans çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Mladen İvaniç ölkələr arasında qarşılıqlı münasibətlərin hər iki tərəfi qane etdiyini və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. O qeyd edib ki, ölkəsi hər zaman Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. M.İvaniç Bosniya və Herseqovina Parlamentinin Ermənistanın Azərbaycana təcavüzünü, Xocalı soyqırımını tanıyan sənəd qəbul etdiyini və ölkəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb. Həmçinin azərbaycanlı sahibkarları Bosniya və Herseqovinaya investisiya qoymağa çağırıb.

Komitə sədri Nazim İbrahimov isə öz növbəsində Bosniya və Herseqovinanın dövlət başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirə qatıldığına görə təşəkkür edib. Nazim İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə və onun təşkilatçılığı ilə həyata keçirilən layihələrə, forumlara xüsusi önəm verdiyini vurğulayıb. Komitə sədri məhz Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə nəinki regionun, eləcə də dünyanın nüfuzlu beyin mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.

Görüşdə hər iki ölkənin müstəqillik qazandığı ilk dövrdən etibarən oxşar tale yaşadığı qeyd edilib. Müharibələrin yaratdığı problemlərə baxmayaraq, dini və etnik tolerantlığın hər iki ölkədə önəmli məsələ olduğu vurğulanıb. Birmənalı şəkildə və qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bosniya və Herseqovina ilə Azərbaycan arasında əlaqələrin inkişafının, birgə layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm