MSK şikayətlərə baxdı: daha iki nəfərin namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

MSK şikayətlərə baxdı: daha iki nəfərin namizədliyi qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


Publika.az xəbər verir ki, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonra bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Sərdar Mehdiyevin MSK-ya müraciət etdiyini deyib: “Vətəndaş bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın düzgün qərar çıxardığı məlum olub”.


57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürən Azad Mürsəliyev MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, DSK-nın qərarı əsassızdır. Məlum olub ki, onun DSK-ya təqdim ediyi imzalardan bir hissəsi etibarsızdır və namizədliyin qeydə alınması üçün yetərli deyil. Ona görə də A.Mürsəliyevin namizədliyi qeydə alınmayıb.


125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Ulduz Quliyeva DSK-nın onunla bağlı qərarından şikayət edib. DSK namizədin təqdim etdiyi imzaların yetərli olmadığını əsas gətirib. U. Quliyevanın namizədliyi qeydə alınmayıb.


18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyini irəli sürən Ramin Hüseynovun şikayətinə baxılıb. MSK R. Hüseynovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını ləğv edib. Onun namizədliyi qeydə alınıb.

32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürən Namiq Əliyevin müraciətinə baxılıb, onun namizədliyi də qeydə alınıb.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Mübariz Rəhimlinin şikayəti təmin edilməyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm