Konqresmen Azərbaycana hərbi yardımın dayandırılmasını istədi
Bizi izləyin

Nida.az

Konqresmen Azərbaycana hərbi yardımın dayandırılmasını istədi

"Mən sizdən Azərbaycana hərbi yardımın dayandırılmasını xahiş edirəm".

"Mən sizdən Azərbaycana hərbi yardımın dayandırılmasını xahiş edirəm".

"Axar.az" xəbər verir ki, bu sözlər ABŞ Konqresmeni Bred Şermanın Dövlət katibi Con Kerriyə yazdığı məktubda yer alıb.

O, Azərbaycan tərəfindən Ermənistan və Dağlıq Qarabağa edilən təzyiqin beynəlxalq hüquq normalarına sığmadığını bildirib. "Mən sizin Senatda olduğunuz zaman erməni soyqırımını tanıtmaqdan ötrü nələr etdiyinizi çox yüksək qiymətləndirirəm. Amma Azərbaycanın Ermənistan və Dağlıq Qarabağı hədə altında saxlaması üstəlik Qarabağa gələcək sərnişin təyyarələrini vuracağını bildirməsi bütün səbr kasalarını daşırdır".

Qeyd edək ki. bundan öncədə Bred Şerman Azərbaycan və Türkiyə qarşı sərt iddialarla çıxış etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm