• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident İlham Əliyevin İrana səfəri gözlənilir

  • Nida.az
  • 16 Mart 2014 20:26
  • 727 Baxış
Prezident İlham Əliyevin İrana səfəri gözlənilir

Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda İrana səfər edəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Tehranda keçirdiyi brifinqdə bildirib.

O deyib ki, İran rəsmiləri prezident Əliyevin səfəri zamanı onunla iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqlar aparacaq.

“Biz Azərbaycan prezidenti ilə qarşıdakı danışıqlar zamanı daha güclü iqtisadi münasibətlər və birgə investisiyalar barədə danışacağıq” - deyə Rəhimpur bildirib.

İran diplomatı deyib ki, prezident Əliyevin tezliklə Tehrana səfər etmək niyyətini Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov çatdırıb.

Bundan əvvəl İran prezidenti Həsən Ruhani İlham Əliyevlə Davos forumunun kuluarlarında görüşmüşdü. Ruhani həmin görüş zamanı bildirib ki, İran şimal qonşusu ilə neft-qaz, neft-kimya sahələri də daxil olmaqla çoxşaxəli iqtisadi əməkdaşlıq qurmaqda maraqlıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR